Bank Of Baku

Boliviyada baş verən ağır yol qəzası nəticəsində 15 nəfər ölüb

Boliviyada baş verən ağır yol qəzası nəticəsində 15 nəfər ölüb
# 25 dekabr 2015 23:19 (UTC +04:00)

Bakı-APA. Boliviyanın Koçabamba şəhərində yük maşını və sərnişin avtobusunun iştirakı ilə dəhşətli yol qəzası baş verib.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, insident nəticəsində 15 nəfər ölüb.

 

İlkin məlumata əsasən, yük maşını avtobusun yanından ötüb keçərkən aşıb. Kuzovdan yerə düşən 14 nəfər avtobusun altında qalaraq ölüb. Sərnişin avtobusu isə yolun hərəkət hissəsindən çıxaraq qayaya çırpılıb. Nəticədə sürücünün köməkçisi hadisə yerində keçinib.

 

Qəzanın səbəbkarı kimi göstərilən yük maşınının  sürücüsü həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR