Bank Of Baku

Braziliya prezidenti G-20 sammitində iştirak edəcək

Braziliya prezidenti G-20 sammitində iştirak edəcək
# 03 iyul 2017 21:32 (UTC +04:00)

Braziliyanın prezidenti Mişel Temer G-20 (“böyük iyirmilik”) ölkələri liderlərinin sammitində iştirak edəcək.

 

APA-nın məlumatına görə, bu barədə TASS agentliyinə Braziliya dövlət başçısının mətbuat xidmətindən bildiriblər.

 

“Təsdiq edirik ki, prezident G-20 sammitində iştirak edəcək”, məlumatda deyilir.

 

Bundan əvvəl, Braziliya prezidentinin sammitə qatılmayacağı barədə məlumat yayılmışdı.

 

Qeyd edək ki, may ayından etibarən Braziliyada etirazçılar prezidentin istefasını tələb edir. Etirazlara səbəb Braziliyanın Ali məhkəməsinə göndərilən səs yazısı olub. Səs yazısında prezident Temer parlamentin aşağı palatasının sabiq spikeri Eduardo Kunyaya rüşvət verməyi təklif edib. Eduardo Kunya vaxtilə sabiq prezident Dilma Russeffin impiçmentinin təşəbbüskarı olub.

 

G-20 ölkələri liderlərinin növbəti sammiti iyulun 7-8-də Almaniyanın Hamburq şəhərində keçiriləcək

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR