Bank Of Baku

Braziliyada məktəb avtobusu qəzaya uğrayıb, ölən və xəsarət alanlar var

Braziliyada  məktəb avtobusu qəzaya uğrayıb, ölən və xəsarət alanlar var
# 17 dekabr 2016 00:25 (UTC +04:00)

Argentinalı şagirdləri daşıyan məktəb avtobusu Braziliyanın cənubunda qəzaya uğrayıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində ikisi məktəbli olmaqla 3 nəfər ölüb, 15 nəfər xəsarət alıb. Onlardan 3-ün vəziyyəti ağır kimi qiymətləndirilir.

 

Avtobus Argentinanın Posados şəhərindən Braziliyanın Kamboriu kurort şəhərinə yollanırmış.

 

Qəza zamanı avtobusda 67 nəfər olub. Hadisənin təfərrüatları barədə  məlumat verilmir.

 

İlkin məlumata əsasən, qəzaya səbəb sürücünün sükan arxasında yatması olub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR