Braziliyanın Para ştatında bərənin batması nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 7 nəfərin öldüyü, 40 nəfərin itkin düşdüyü bildirilirdi.
Hadisə yerində irimiqyaslı axtarış-xilasedici əməliyyat davam edir.
Qeyd edək ki, “Comandante Ribeiro” bərəsi Amazon çayında qəzaya uğrayıb. Bərənin göyərtəsində 70 sərnişin və ekipaj üzvü olub.
***
21:26
Braziliyanın şimalında, Para ştatı sahillərində göyərtəsində 70 sərnişinin olduğu qayıq batıb.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində ikisi uşaq olmaqla, 7 nəfər ölüb.
Hazırda hadisə yerində polis və xilasedicilər işləyir. Qəzanın səbəbləri barədə məlumat verilmir.