Çili hökuməti dekabrın 25-də baş verən güclü zəlzələdən sonra Los-Laqos regionunda sunami təhlükəsini ləğv edib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Çilinin fövqəladə hallar üzrə milli idarəsinin rəisi Rikardo Toro bəyan edib.
“Las-Loqos regionunda sunami təhlükəsi ləğv olunub”, deyə R.Toro bildirib.
Qeyd edək ki, bu gün Çilidə baş verən 7,7 bal gücündə zəlzələdən sonra sunami təhlükəsi elan edilmişdi. Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.