Bakı-APA. ABŞ Suriyada atəşkəsə dair razılaşmanın tətbiq olunmayacağını ehtimal edərək, tərəfdaşları ilə dair alternativ planı müzakirə edir. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibi Con Kerri bildirib.
“Hazırda, Suriyada atəşkəsə dair razılaşmanın tətbiq olunmayacağı ehtimal edilərək, “B planı”na dair mühüm diskussiya aparılır”, - deyə Kerri senatda çıxışı zamanı bildirib.
Kerri planın detallarını və müzakirələrdə hansı ölkələrin iştirak etdiyini açıqlamayıb.