Bank Of Baku

Donald Tramp 4 ştatda ilkin seçkilərin qalibi olub

Donald Tramp 4 ştatda ilkin seçkilərin qalibi olub
# 02 mart 2016 02:52 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidentliyinə Respublikaçılar partiyasının namizədi, milyardçı  Donald Tramp Massaçusets, Alabama və Tennesi ştatında keçirilən ilkin seçkilərdə qalib gəlib.

 

APA-nın məlumatına görə, bu barədə CNN telekanalı xəbər verib.

 

Bildirilir ki, D.Tramp həmçinin Corciya ştatında da partiyadaşlarını qabaqlayıb.

 

Beləliklə, D.Tramp 11 ştatdan 4-də qələbə qazanıb. Onun rəqibi Ted Kruz Oklahoma ştatında 5% çox səs toplaya bilib.

 

Qeyd edək ki, “Böyük çərşənbə axşamı” ABŞ-da seçkiqabağı kampaniyanın mühüm mərhələlərindən biri hesab edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR