ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə G20 sammiti çərçivəsində görüşünün mükəmməl keçdiyini açıqlayıb. APA-nın məlumatına görə, bu barədə “France-Presse” Agentliyi məlumat yayıb.
Bildirilir ki, D.Tramp bu barədə Böyük Britaniyanın baş naziri Tereza Meylə görüşündə deyib.
Qeyd edək ki, iki ölkə liderinin Hamburqda keçirilən görüşü 2 saatdan çox davam edib. Rusiya prezidenti Vladimir Putin görüşdə kibertəhlükəsizlik, terrorizmlə mübarizə, Suriya və Ukrayna kimi məsələlərin müzakirə olunduğunu deyib.