Bank Of Baku

Donald Tramp Obamanın eyni zamanda İŞİD və Əsədlə mübarizə aparmasını ağılsızlıq adlandırıb

Donald Tramp Obamanın eyni zamanda İŞİD və Əsədlə mübarizə aparmasını ağılsızlıq adlandırıb
# 27 mart 2016 03:42 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidentliyinə Respublikaçılar partiyasından namizəd olan Donald Tramp  prezident Barak Obamanın Suriyada  eyni zamanda İŞİD terror qruplaşması və hökumət qüvvələri ilə  mübarizə aparmasını ağılsızlıq adlandırıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bunu Tramp “The New York Times” nəşrinə müsahibəsində bildirib.

 

“Onlar bir-biri ilə, biz isə onların hər ikisi ilə mübarizə aparırıq”, - deyə Tramp qeyd edib.  

 

Onun sözlərinə görə, İŞİD daha böyük problemdir, nəinki Suriya prezidenti Bəşər Əsəd.

 

Tramp hesab edir ki, İŞİD-lə uğurlu mübarizə aparmaq üçün qruplaşmanın, neft də,  daxil olmaqla, müxtəlif resurslara çıxışını ləğv etmək lazımdır.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR