Bank Of Baku

Dövlət Departamenti: ABŞ Suriyada uçuşların təhlükəsizliyi ilə bağlı Rusiya ilə əməkdaşlığı davam etdirəcək

Dövlət Departamenti: ABŞ Suriyada uçuşların təhlükəsizliyi ilə bağlı Rusiya ilə əməkdaşlığı davam etdirəcək
# 30 sentyabr 2016 04:30 (UTC +04:00)

Bakı-APA.  ABŞ Suriyada uçuşların təhlükəsizliyinə dair müdafiə qurumlarının xətti ilə Rusiya ilə əməkdaşlığı davam etdirəcək.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi deyib.

 

“Bəli, bu, əvvəlki kimi, bizim mövqemizdir”, - deyə Kirbi müvafiq suala cavabında bildirib.  

 

 Qeyd edək ki, ABŞ dövlət katibi Con Kerri bundan əvvəl Vaşinqtonun Rusiya ilə Suriyadakı münaqişənin nizamlanmasına dair danışıqları dayandırmaq həddində olduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR