Bank Of Baku

Dövlət Departamenti: ABŞ kimyəvi silah ehtiyatlarını 2023-ci ildə məhv edəcək

Dövlət Departamenti: ABŞ kimyəvi silah ehtiyatlarını 2023-ci ildə məhv edəcək
# 28 sentyabr 2017 04:24 (UTC +04:00)

ABŞ 2023-cü ildə kimyəvi silah ehtiyatlarını tam olaraq məhv edəcək.

 

APA-nın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı açıqlamada bildirilir.

 

“ABŞ hökuməti Kolorado ştatının Pueblo və Kentukki ştatının Riçmond şəhərindəki anbarlarda kimyəvi silahların qalan hissəsini 2023-cü ilin sonunadək məhv etməyi planlaşdırır”, məlumatda deyilir.

 

Qeyd edək ki, ötən gün Udmurtiya Respublikasında Rusiyaya məxsus sonuncu kimyəvi silah ehtiyatları məhv edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR