Bank Of Baku

Dövlət Departamenti: Bağdad və Ankara türk hərbçilərinin İraqda yerləşdirilməsi məsələsini özləri həll etməlidir

Dövlət Departamenti: Bağdad və Ankara türk hərbçilərinin İraqda yerləşdirilməsi məsələsini özləri həll etməlidir
# 09 dekabr 2015 01:44 (UTC +04:00)

Bakı-APA. Bağdad və Ankara Türkiyə ordusunun İraqın şimalında yerləşdirilməsi məsələsini özləri həll etməlidir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bildirib.

 

“Bizim inanırıq ki, bu məsələdə ən yaxşı yol – Türkiyə və İraqın qarşılıqlı şəkildə birgə çalışmasıdır. Onların arasında artıq diskussiyalar keçirilir”, deyə Kirbi Rusiyanın bu məsələni BMT TŞ-nın müzakirəsinə çıxarmaq təşəbbüsünə şərh verərkən bildirib.   

 

“Bu problem Türkiyə və İraq arasındadır, onlar bunu nizamlamalıdırlar. Müdafiə nazirləri səviyyəsində danışıqların keçirilməsindən məmnunuq. Biz istərdik bu danışıqlar davam etdirilsin”, deyə o əlavə edib.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR