ABŞ Dövlət Departamenti Donbasda vəziyyətin gərginləşməsi ilə bağlı Minsk razılaşmalarının açıq-aydın şəkildə pozulmasında Rusiyanı günahlandırıb.
“ABŞ Ukraynanın şərqində son vaxtlar zorakılıq hallarının artmasından çox narahatdır. Son iki gündə əlavə Ukrayna ərazilərini ələ keçirmək məqsədi ilə törədilən separatçı hücumlar nəticəsində 6 ukraynalı hərbçi həlak olub və 33 nəfər yaralanıb. Bu 2015-ci ilin iyunundan bu vaxtadək iki gün ərzində qeydə alınan ən çox itkidir”, - deyə Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi brifinqdə bildirib.
“Bu Minsk sazişi üzrə Rusiyanın üzərinə götürdüyü öhdəliklərin açıq-aydın pozulmasıdır. Biz, zorakılığı dayandırmaq, ATƏT müşahidəçilərinin tam və maneəsiz hərəkətini təmin etmək üçün Rusiyanı separatçılara təsir gücündən istifadə etməyə çağırırıq”, deyə Kirbi qeyd edib.