Bank Of Baku

Dövlət Departamenti Rusiya konsulluğunda axtarışların aparılacağına dair məlumata reaksiya verib

Dövlət Departamenti Rusiya konsulluğunda axtarışların aparılacağına dair məlumata reaksiya verib
# 01 sentyabr 2017 23:04 (UTC +04:00)

ABŞ Dövlət Departamenti Rusiya XİN sözçüsü Mariya Zaxarovanın sentyabrın 2-də Rusiyanın San-Fransiskodakı  konsulluğunda axtarışların aparılacağına dair açıqlamasına reaksiya verib.

 

APA-nın məlumatına  görə, bu barədə RİA Novosti xəbər verib.

 

Dövlət Departamentinin nümayəndəsi məsələ ilə bağlı Federal Təhqiqatlar Bürosuna müraciət etməyi tövsiyə edib.

 

“Axtarışlarla bağlı istənilən məsələyə görə FTB-yə müraciət edilməlidir”, Dövlət Departamenti rəsmisi vurğulayıb. 

 

Bundan əvvəl Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova sentyabrın 2-də ABŞ xüsusi xidmət orqanları tərəfindən Rusiyanın San-Fransiskodakı konsulluğunda axtarışların aparılacağını bildirib. Avqustun 31-də ABŞ Dövlət Departamenti ölkədəki Rusiya diplomatik nümayəndəliklərinin fəaliyyəti ilə bağlı yeni məhdudiyyətlər elan edib. Buna əsasən sentyabrın 2-nə qədər San-Fransiskodakı Rusiya Baş Konsulluğu, eləcə də Vaşinqton və Nyu Yorkdakı konsulluq obyektləri bağlanmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR