Hondurasın San-Pedro-Sula şəhərində 5 nəfər qətlə yetirilib.
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, naməlum silahlılar şəhərin mərkəzində bir qrup insana avtomat silahdan atəş açıb.
İnsident nəticəsində biri qadın və dördü kişi olmaqla 5 nəfər ölüb. Cinayətin motivi hələ ki, məlum deyil.
San-Pedro-Sula şəhəri dünyanın ən təhlükəli şəhəri sayılır. Rəsmi statistikaya görə, burada gündə 3 nəfər qətlə yetirilir.