Bank Of Baku

Ekvadorda baş verən zəlzələ nəticəsində 3 nəfər ölüb

Ekvadorda baş verən zəlzələ nəticəsində 3 nəfər ölüb
# 20 dekabr 2016 00:49 (UTC +04:00)

Ekvadorda 5,8 bal gücündə zəlzələ baş verib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar Esmeralda əyalətində qeydə alınıb.

 

Zəlzələ nəticəsində 3 nəfər ölüb, 47 nəfər xəsarət alıb. Təbii fəlakət zonasında 70 evin qismən, 10 evin isə tamamilə dağıldığı bildirilir.

 

Xatırladaq ki, bu ilin aprelində Ekvadorda baş vermiş 7,8 bal gücündə zəlzələ nəticəsində 660 nəfər həyatını itirib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR