Bakı. Türbət Bağırova - APA. Fevralın 24-də BMT Baş Assambleyasında BMT İnkişaf Proqramının (UNDP) 50 illiyi ilə əlaqədar toplantı keçiriləcək.
APA-nın qurumun saytına istinadən verdiyi xəbərə görə, toplantıya BMT baş katibinin qatılacağı gözlənilir.
Nazirlər səviyyəsində keçiriləcək toplantıda BMT-nin 2030-cu il Davamlı İnkişaf Gündəliyində olan məsələlər müzakirə ediləcək. Gündəlikdə yoxsulluqla mübarizə, planetin mühafizəsi, münaqişələrin qarısının alınması, risklərin idarə edilməsi, Davamlı İnkişaf Məqsədlərinin maliyyələşdirilməsi və s. məsələlər olacaq.
Qeyd edək ki, iştirakçıların siyahısında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun da adı var.