Bakı-APA. Haiti adasında “Metyu” qasırğasının qurbanlarının sayı 842-nəfərə çatıb.
APA-nın məlumatına görə, bu barədə xəbəri “Reuters” agentliyi yayıb.
Son dəfə ölənlərin sayının 572 nəfər olduğu açıqlanmışdı.
“Metyu” qasırğası Atlantik okeanda 2007-ci ildən bəri qeydə alınan ən güclü qasırğa sayılır. Qasırğa ABŞ-ın Florida, Corciya, Şimali və Cənubi Karolina ştatlarına yaxınlaşır. Artıq ABŞ prezidenti Florida və Cənubi Karolinada fövqəladə vəziyyət elan edib.