Bakı. Türbət Bağırova-APA. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Suriyadakı vəziyyətlə bağlı aparılacaq danışıqlarda iştirak etmək üçün Nyu-Yorka gedib.
APA-nın xəbərinə görə, bu barədə “Farsnews” agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, görüşdə 5 ildir, davam edən Suriya münaqişəsinə dair müzakirə aparmaq üçün İran, Rusiya, ABŞ və Səudiyyə Ərəbistanı daxil olmaqla 17 ölkənin xarici işlər nazirləri ABŞ-da bir araya gələcək.
Qeyd edək ki, Suriya ilə bağlı sonuncu danışıqlar noyabrın 14-də Vyanada keçirilib.