Bank Of Baku

İŞİD qruplaşmasının kimyəvi silah istehsalı üzrə bölməsinin rəhbəri saxlanılıb

İŞİD qruplaşmasının kimyəvi silah istehsalı üzrə bölməsinin rəhbəri saxlanılıb
# 10 mart 2016 22:45 (UTC +04:00)

Bakı-APA. ABŞ hərbçiləri bu ilin fevralında İŞİD terror qruplaşmasının  kimyəvi silah istehsalı üzrə bölməsinin rəhbəri Əbu Daud adı ilə tanınan Süleyman Daud əl-Bəkkarı saxlayıblar. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.  

 

Məlumata görə, terrorçu ötən gün İraqın hüquq-mühafizə orqanlarının nümayəndələrinə təhvil verilib.  

 

Pentaqonun məlumatına əsasən, saxlanılan terrorçunun dindirilməsi nəticəsində kimyəvi silahların istehsal olunduğu və saxlanıldığı obyektlər barədə məlumatlar əldə etmək mümkün olub.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR