Bank Of Baku

İsveçrədə Kerry ilə Lavrov arasında görüş olub

İsveçrədə Kerry ilə Lavrov arasında görüş olub
# 20 yanvar 2016 18:07 (UTC +04:00)

Bakı-APA. İsveçrənin Sürix şəhərində ABŞ dövlət katibi Con Kerri ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş olub.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi bildirib.

 

Onun sözlərinə görə, görüşdə Ukrayna və Suriyadakı vəziyyət, Şimali Koreyanın nüvə silahını sınaqdan keçirməsi, həmçinin digər beynəlxalq və ikitərəfli məsələlər diqqət mərkəzində olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR