Paşha Bank
Bank Of Baku

Kaliforniyada 14 nəfəri öldürməkdə şübhəli bilinən şəxsin radikal dindarlarla əlaqəli olduğu ehtimal edilir

Kaliforniyada 14 nəfəri öldürməkdə şübhəli bilinən şəxsin radikal dindarlarla əlaqəli olduğu ehtimal edilir
# 04 dekabr 2015 03:12 (UTC +04:00)

Bakı-APA.  Kaliforniyada atışma törətməkdə şübhəli bilinən Səyid Rizvan Farukun radikal dindarlarla əlaqəli olduğu ehtimal edilir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə CNN telekanalı təfərrüatları açıqlamadan polis nümayəndələrinə istinadən məlumat yayıb.   

 

Məlumata görə,  Səyid Rizvan Faruk 2013-cü ildə iki dəfə Səudiyyə Ərəbistanına səfər edib. Onun həyat yoldaşı əslən pakistanlı Taşfin Malik ABŞ vətəndaşı olub.

 

“Röyters” Səudiyyə Ərəbistanının səfirliyinə istinadən bildirir ki,  Səyid Rizvan Faruk 2014-cü ilin yayında da bu ölkəyə 9 günlük səfər edib.  

 

В свою очередь агентство Рейтер со ссылкой на заявление посольства Саудовской Аравии сообщает, что подозреваемый находился в этой стране летом 2014 года.

 

Qeyd edək ki, noyabrın 2-də iki silahlı şəxsin San-Bernardino şəhərində ofis binasına hücumu nəticəsində 14 nəfər ölüb, 21 nəfər yaralanıb. Hər iki silahlı polis tərəfindən məhv edilib.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR