Bakı-APA. ABŞ-ın Kaliforniya ştatında 5,9 bal gücündə zəlzələ baş verib. APA-nın məlumatına görə, bu barədə ABŞ Geoloji Xidməti xəbər verir. Zəlzələnin episentri Vasko şəhəri yaxınlığında, 21 km dərinlikdə qeydə alınıb. Bir neçə dəqiqə sonra yaxınlıqda 2,6 bal gücündə daha bir yeraltı təkan qeydə alınıb.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.