Bank Of Baku

Kanadada hava limanında iki təyyarə toqquşub

Kanadada hava limanında iki təyyarə toqquşub
# 05 yanvar 2017 03:58 (UTC +04:00)

Kanadanın Toronto şəhərində beynəlxalq hava limanında iki sərnişin təyyarəsi toqquşub.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, havaya qalxmağa hazırlaşan təyyarənin qanadı terminalda dayanmış digər təyyarənin qanadına dəyib.

 

Təyyarələrin “Pakistan International Airlines” və “Air France” şirkətlərinə məxsus olduğu bildirilir.

 

İnsident nəticəsində zərərçəkən olmayıb. Qəzanın səbəbləri barədə  məlumat verilmir. Lahor şəhərinə uçan Pakistan təyyarəsinin uçuşu ləğv edilib. Sərnişinlər  digər təyyarə ilə Lahora göndəriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR