Bakı-APA. Karib hövzəsi ölkələrində güclü qasırğa nəticəsində 19 nəfər ölüb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, “Metyu” qasırğası Haitidə 13, Dominikan Respublikasında isə 6 nəfərin ölümünə səbəb olub.
Bundan əvvəl Kolumbiya və Sent-Vinsentdə təbii fəlakət nəticəsində 4 nəfərin öldüyü bildirilirdi.
Qasırğa səbəbindən Haitidə oktyabrın 9-a təyin edilən ümumi seçkilər təxirə salınıb. Kubada 1 milyondan çox insan təhlükəsiz ərazilərə təxliyə edilib.
Qeyd edək ki, “Metyu” 2007-ci ildən bəri Karib hövzəsində baş verən ən şiddətli qasırğadır.