Bank Of Baku

Kerri və Lavrov arasında telefon danışığı olub

Kerri və Lavrov arasında telefon danışığı olub
# 11 yanvar 2016 17:55 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın dövlət katibi Con Kerri və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, tərəflər bir sıra beynəlxalq məsələləri müzakirə edib, yaxın müddət ərzində görüşməyi planlaşdırıblar.

 

ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbinin sözlərinə görə, Kerri ilə Lavrov Suriyada hazırkı durumu, İŞİD-lə mübarizə məsələlərini, Ukraynadakı vəziyyət və Şimali Koreyanın nüvə sınaqlarını müzakirə ediblər. “Tərəflər bir-biri ilə daha sıx əlaqə saxlayacaqlarını bildirərək yaxın müddət ərzində görüşəcəkləri ilə bağlı razılığa gəliblər”, deyə C.Kirbi bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR