Bank Of Baku

Kirbi: “Lozanna görüşünün əsas mövzusu Hələbdəki vəziyyət olacaq”

Kirbi: “Lozanna görüşünün əsas mövzusu Hələbdəki vəziyyət olacaq”
# 12 oktyabr 2016 22:39 (UTC +04:00)

Bakı-APA. Oktyabrın 15-də İsveçrənin Lozanna şəhərində baş tutan beynəlxalq  görüşün əsas mövzusu Hələbdəki vəziyyət olacaq.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi bəyan edib.

 

“Lozannadakı görüşün əsas mövzusu Hələbdəki vəziyyət, Rusiya və Suriya aviasiyasının şəhərə endirdikləri hava zərbələri olacaq. Görüşdə Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov da iştirak edəcəklər”, deyə C.Kirbi bildirib.

 

Qeyd edək ki, ötən gün Rusiya XİN və ABŞ Dövlət Departamenti oktyabrın 15-də Lozanna şəhərində Suriya böhranı ilə əlaqədar görüşün keçiriləcəyini bildirib. Görüşdə həmçinin Türkiyə, İran, Səudiyyə Ərəbistanı və Qətər iştirak edəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR