Bank Of Baku

Klinton özünü praymerizin mühüm raundunun qalibi elan edib

Klinton özünü praymerizin mühüm raundunun qalibi elan edib
# 16 mart 2016 03:00 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton özünü demokratlar daxilində praymerizin mühüm raundunun qalibi elan edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu o Florida ştatında tərəfdarları qarşısında çıxışı zamanı bildirib.   

 

“Biz noyabrda keçiriləcək seçkilərdə zəfər çalmağa yaxınlaşmışıq”, - deyə Klinton bildirib. Onun sözlərinə görə,  təkcə martın 15-də o 300 partiya nümayəndəsinin və iki milyon seçicinin dəstəyini qazanıb.

 

Bundan əvvəl Klinton digər namizəd Berni Sandersi Ohayo, Florida və Şimali Karolinada qabaqlaya bilib, mübarizə İllinoys və Missuri ştatlarında davam etdirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR