Kolumbiyanın güc strukturları xüsusi əməliyyat nəticəsində “Milli Azadlıq Ordusu” (ELN) üsyançı qruplaşmasının 20 üzvünü saxlayıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, əməliyyat ölkənin şimalında həyata keçirilib.
Məlumata əsasən, saxlanılanlar arasında həddi-buluğa çatmayanlar da var.
"Kolumbiyanın İnqilabi Silahlı Qüvvələri” (FARC) ilə hökumət arasında bağlanan sülh sazişindən sonra “Milli Azadlıq Ordusu” ölkədə fəaliyyət göstərən yeganə üsyançı qruplaşmadır. Hazırda qruplaşma Kolumbiya parlamentinin sabiq deputatı Odin Sançesi girov saxlayır. Sülh danışıqlarına hazır olduğunu bəyan edən hökumət əvvəlcə üsyançılardan deputatın sərbəst buraxılmasını tələb edir.