Bank Of Baku

Kolumbiyada üsyançılar məktəbin 100 metrliyində neft borusunu partladıblar

Kolumbiyada üsyançılar məktəbin 100 metrliyində neft borusunu partladıblar
# 13 noyabr 2016 00:42 (UTC +04:00)

Kolumbiyada “Milli Azadlıq Ordusu”ndan olan üsyançılar Narinyo departamentində Transand neft borusunu partladıblar. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, partlayış Rikaurte şəhərciyində, orta məktəbdən 100 metr aralıdan keçən meft borusunda törədilib.   

 

Xəsarət alanlar barədə məlumat yoxdur.

 

Partlayış nəticəsində neft əraziyə axaraq, Quis çayının məcrasınadək çatıb.

 

“Ecopetrol” dövlət neft şirkətinin əməkdaşları çirklənmənin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirirlər.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR