Bank Of Baku

Komi Trampın eks-müşavirinin Rusiya səfiri ilə danışığını şərh etməkdən imtina edib

Komi Trampın eks-müşavirinin Rusiya səfiri ilə danışığını şərh etməkdən imtina edib
# 08 iyun 2017 20:45 (UTC +04:00)

ABŞ Federal Təhqiqatlar Bürosunun sabiq direktoru Ceyms Komi ABŞ prezidentinin milli təhlükəsizlik üzrə sabiq müşaviri Maykl Flinnin Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyakla danışığının məzmununu şərh etməkdən imtina edib.  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Senatın kəşfiyyat üzrə xüsusi komitəsində keçirilən dinləmələr zamanı senatorlardan biri Ceyms Komidən “Washington Post”un 23 yanvar tarixli “FTB Flinn-Kislyak danışıqlarını araşdırıb və şübhəli heç bir şey aşkarlamayıb” sərlövhəli xəbəri şərh etməyi xahiş edib.

 

“Mən bunu şərh etmək istəmirəm. Mən kifayət qədər əminəm ki, FTB heç bir danışıqları təsdiqləməyib”, - deyə Komi qeyd edib.  

 

KİV-lər xüsusi xidmət qurumlarına istinadən Maykl Flinnin səfir Sergey Kislyakla Rusiyaya qarşı sanksiyaların ləğvi barədə danışıqlar apardığını iddia etmişdilər. KİV-lər Flinni danışıqların məzmununu tam açıqlamamaqda ittiham etmişdilər. Flinn ittihamları rədd etsə də, qeyd olunan qalmaqal fonunda istefa vermişdi. Kreml Flinn-Kislyak danışıqlarının keçirildiyini etiraf edir. Moskva danışıqların məzmunun təhrif edildiyini iddia edir.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR