Bank Of Baku

Kuba hökuməti: ABŞ-ın yeni siyasəti heç bir nəticə verməyəcək

Kuba hökuməti: ABŞ-ın yeni siyasəti heç bir nəticə verməyəcək
# 17 iyun 2017 02:52 (UTC +04:00)

ABŞ-ın Kubaya qarşı  yeni siyasəti heç bir nəticə verməyəcək

 

APA-nın verdiyi xəbərə görə, bu barədə Kuba hökumətinin bəyanatında bildirilir.

 

“Blokadanın gücləndirilməsinə yönələn tədbirlər əvvəllər olduğu kimi heç bir nəticə verməyəcək, xalqımızın sınmaz iradəsini sarsıda bilməyəcək.  Kuba 70 il ərzində olduğu kimi, indidə istənilən təcavüzə qarşı müqavimət göstərməyə hazırdır”, bəyanatda deyilir. Sənəddə həmçinin vurğulanır ki, Kuba hökuməti qarşılıqlı maraq doğuran sahələrdə rəsmi Vaşinqtonla dialoqu davam etdirməyə hazırdır. 

 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Obama administrasiyasının Kuba ilə əlaqələrin normallaşdırılmasına dair qərarını ləğv edib. ABŞ prezidenti rəsmi Havananı Şimali Koreyaya silah tədarük etməkdə və Venesuelada vəziyyətin gərginləşdirilməsində ittiham edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR