Bank Of Baku

Kubada baş verən yol qəzasında 13 nəfər ölüb, 34 nəfər xəsarət alıb

Kubada baş verən yol qəzasında 13 nəfər ölüb, 34 nəfər xəsarət alıb
# 29 dekabr 2015 03:17 (UTC +04:00)

Bakı-APA. Kubada baş verən dəhşətli yol qəzasında 13 nəfər ölüb, 34 nəfər xəsarət alıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Santyaqo-de-Kuba əyalətində sərnişinlərin daşınması üçün nəzərdə tutulan 2 yük avtomobili toqquşub.

 

Ölənlərin arasında azyaşlı uşağın olduğu bildirilir. Hadisənin başvermə səbəbləri və digər təfərrüatları barədə hələ ki, məlumat verilmir.

 

2015-ci ilin yanvarından noyabr ayınadək Kubada 10 mindən çox yol-nəqliyyat hadisəsi qeydə alınıb. Rəsmi məlumata əsasən, adıçəkilən müddətdə yol qəzalarında 688 nəfər ölüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR