Bank Of Baku

Makkeyn: “Rusiya Yaxın Şərqdə aparıcı rol oynayır”

Makkeyn: “Rusiya Yaxın Şərqdə aparıcı rol oynayır”
# 18 yanvar 2017 07:02 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin ölkəsinin Yaxın Şərqdə aparıcı rol oynamasına nail olub.

 

APA-nın “RİA-Novosti”-yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın respublikaçı senatoru Con Makkeyn bildirib. Onun fikrincə Rusiya lideri arzularını çox ağıllı üsulla reallaşdırıb: “Baxmayaraq ki, əllərindəki kartlar heç də yaxşı  deyildi”.

 

Makkeyn bildirib ki, ABŞ yanvarın 23-də Qazaxıstan paytaxtı Astanada Suriya münaqişəsinin nizamlanmasına dair keçiriləcək danışıqlara ancaq dəvətnamə ilə kifayətlənməli olub. 

 

Qeyd  edək ki, Con Makkeyn Rusiya əleyhinə mövqeyi ilə tanınır. O, Rusiyaya qarşı  tətbiq edilən sanksiyaların təşəbbüskarlarından biridir.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR