Bank Of Baku

Meksika həbsxanadan qaçmış narkobaron Qusmanı ABŞ-a ekstradisiya edəcək

Meksika həbsxanadan qaçmış narkobaron Qusmanı ABŞ-a ekstradisiya edəcək
# 09 yanvar 2016 21:44 (UTC +04:00)

Bakı-APA.  Meksika hökuməti yarım il əvvəl həbsxanadan qaçmış və ötən gün saxlanılan narkobaron Xoakin Qusmanı Loeranı ABŞ-a ekstradisiya etmək niyyətindədir.  APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Meksika Baş Prokurorluğundan bildirilib. Məlumata görə, prokurorluq narkobaronun ABŞ-a ekstradisiyasını tez bir zamanda  həyata keçirmək niyyətindədir.

 

 Qeyd edək ki, Xoakin Qusman 2015-ci ilin iyununda həbsxanadan qaçmışdı. Bundan əvvəl o ilk dəfə 1993-cü ildə Qvatemalada saxlanılaraq Meksikaya təhvil verilmişdi. 2001-ci ildə həbsxanadan qaçan Xoakin Qusman 13 il sonra, 2014-cü ildə Masatlan şəhərində saxlanılıb və yarım il sonra,  2015-ci ilin iyununda həbsxanadan üçüncü dəfə qaçmağa müvəffəq olmuşdu. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR