Bank Of Baku

Meksika və Kanada liderlərinin Trampla telefon danışığı olub

Meksika və Kanada liderlərinin Trampla telefon danışığı olub
# 21 yanvar 2017 23:27 (UTC +04:00)

Meksika və Kanada liderlərinin ABŞ prezidenti Donald Trampla telefon danışığı olub. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, telefon danışıqları Trampın ABŞ-ın Meksika və Kanadanın üzv olduqları Şimali Amerika azad ticarət zonası haqqında sazişdən (NAFTA) çıxacağına dair  hədələri fonunda baş tutub.   

 

Meksika prezidenti Enrike Penya Nyeto Trampa ikitərəfli münasibətlərin strateji əhəmiyyət daşıdığını bildirib. Prezidentlər gələcəkdə görüşün keçirilməsinə dair razılığa gəliblər.

 

Kanadanın baş naziri Castin Trüdo Trampla ticarət və ixracın əhəmiyyətliliyini müzakirə etdiyini bildirib.

 

Tramp bundan əvvəl bəyan edib ki, Ağ evin  tələb etdiyi şərtlər icra olunmazsa, ABŞ NAFTA sazişini  tərk edəcək.   

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR