Bank Of Baku

Meksikada 30 maşının toqquşması nəticəsində azı 20 nəfər xəsarət alıb

Meksikada 30 maşının toqquşması nəticəsində azı 20 nəfər xəsarət alıb
# 28 dekabr 2015 21:06 (UTC +04:00)

Bakı-APA. Meksikanın Aquaskalientes ştatında avtomagistralda 30 maşın eyni vaxtda toqquşub.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə azı 20 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

 

İlkin məlumata əsasən, qəzaya səbəb kimi qatı duman göstərilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, araşdırma aparılır.

 

Qeyd edək ki, dekabrın 24-də Mexiko ştatında 80-ə yaxın avtomobilin toqquşması nəticəsində 6 nəfər ölüb, 25 nəfər xəsarət alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR