Bakı-APA. Meksikanın Sonora ştatında 15 dərəcəyədək çatan şaxta nəticəsində azı 3 nəfər ölüb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Sonora ştatının rəsmisi Alberto Çonq bildirib.
Onun sözlərinə görə, sonuncu dəfə belə şiddətli qar təxminən 30 il əvvəl qeydə alınıb. Hazırda Meksikanın üç ştatında soyuq hava ilə bərabər qar çovğunu da tüğyan edir.
Çiuaua ştatında isə 1 nəfər qar fırtınası zamanı itkin düşüb. Yerli sinoptiklərin proqnozlarına görə, şaxtalı hava və yağıntılar davam ölkənin bir neçə ştatında davam edəcək.