Meksikada gecə klubuna silahlı hücum nəticəsində 8 nəfər ölüb.
APA-nın “Haberturk”ə istinadən verdiyi məlumata görə, hadisə Playa del Karmen şəhərində keçirilən festival zamanı baş verib.
Festivalla bağlı bütün tədbirlər təxirə salınıb.
Hazırda hücum edən şəxsin axtarışı istiqamətində tədbirlər görülür.
Qeyd edək ki, 6-15 yanvar tarixlərində keçirilən festival Meksikanın ən məşhur festivallarından sayılır. Bu il şənliyə 80 minə yaxın insanın qatılacağı gözlənilirdi.