Bank Of Baku

Meksikada hərbi yük maşını aşıb, ölən və yaralananlar var

Meksikada hərbi yük maşını aşıb, ölən və yaralananlar var
# 05 fevral 2016 21:26 (UTC +04:00)

Bakı-APA. Meksikanın Sakatekas ştatında ölkənin Silahlı Qüvvələrinə məxsus hərbi yük maşını aşıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 2 hərbçi ölüb, 22-si müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan 6-nın vəziyyəti ağır kimi qiymətləndirilir.

 

İlkin məlumata əsasən, hadisə sürücünün idarəetməni qəfildən itirməsi səbəbindən baş verib. Faktla bağlı araşdırmalara başlanılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR