Meksikanın Oaxaka ştatında “Pemex” şirkətinə məxsus neft emalı zavodunda güclü yanğın baş verib.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 9 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onların həyatına təhlükə olmadığı bildirilir.
Məlumata görə, "Kalvin” tropik qasırğası ilə əlaqədar iyunun 13-dən müəssisədə bütün əməliyyatlar müvəqqəti olaraq dayandırılıb. “Pemex” şirkətinə məxsus “Salina Cruz” zavodu Meksikanın ən iri neft emalı müəssisələrindən biridir. Burada gündə 330 min barel xam neft emal edilir.