Bank Of Baku

Meksikada prokurorluğa silahlı basqın edilib, ölənlər var

Meksikada prokurorluğa silahlı basqın edilib, ölənlər var
# 18 yanvar 2017 04:24 (UTC +04:00)

Meksikanın Kankun kurort şəhərində prokurorluğun binasına silahlı basqın edilib, 4 nəfər ölüb.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə qubernator Karlos Xoakin Qonsales bildirib.

 

Motosikletlərdə hərəkət edən cinayətkarlar binaya yaxınlaşaraq onu müxtəlif slahlardan gülləbaran etməyə başlayıblar. Binanın mühafizəsi silahlılara cavab atəşi açaraq, hücumun qarşısını alıb, atışma zamanı həmçinin bir neçə adam yaralanıb.

 

Məlumata görə, ölənlərdən biri polis, qalanları hücum edənlərdir. Hücumda iştirak edənlərdənm beşi saxlanılıb.  

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR