Bank Of Baku

Meksikada üç günlük matəm elan olunub - YENİLƏNİB-1

Meksikada üç günlük matəm elan olunub - <span style="color: red;">YENİLƏNİB-1
# 09 sentyabr 2017 03:43 (UTC +04:00)

Meksikada  baş verən zəlzələ nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb.

 

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, ölkə prezidenti Enrike Penya Nyeto fəlakət bölgəsinə yollanıb. O, dağıdıcı zəlzələ nəticəsində ölənlərin xatirəsinə ölkədə 3 günlük matəm elan edib.

 

Meksikada sentyabrın 8-ə keçən gecə 8,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Tres-Pikos yaşayış məntəqəsindən 119 km cənub-qərbdə, ocağı isə 33 km dərinlikdə yerləşib.

 

***

 

00:29

 

Meksikada  baş verən zəlzələ nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 34 nəfərin öldüyü bildirilirdi.

 

Meksikada sentyabrın 8-ə keçən gecə 8,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Tres-Pikos yaşayış məntəqəsindən 119 km cənub-qərbdə, ocağı isə 33 km dərinlikdə yerləşib.

 

Meksika prezidenti Enrike Penya Neto yeraltı təkanları son 100 ildə ölkədə baş verən ən böyük zəlzələ adlandırıb.

 

***

 

21:13

 

Meksika sahillərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 32 nəfərin öldüyü bildirilirdi.

 

Meksikanın Milli Seysmoloji xidmətinin dəqiqləşdirilmiş məlumatına əsasən, sentyabrın 8-ə keçən gecə qeydə alınan yeraltı təkanların maqnitudası 8,2 olub.

 

Meksika prezidenti Enrike Penya Neto yeraltı təkanları son 100 ildə ölkədə baş verən ən böyük zəlzələ adlandırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR