Bank Of Baku

Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 361 nəfərə çatıb

Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 361 nəfərə çatıb
# 02 oktyabr 2017 00:12 (UTC +04:00)

Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 361  nəfərə çatıb.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, təbii fəlakət nəticəsində ölənlərin sayının bundan sonra da artacağı gözlənilir. Paytaxt Mexikoda 7 mərtəbəli biznes mərkəzin dağıntıları altında qalanların axtarışı davam etdirilir. Azı 8 nəfər itkin düşmüş hesab edilir.

 

Bundan əvvəl zəlzələ nəticəsində 345 nəfərin öldüyü bildirilirdi. Paytaxt Mexikoda 39 yaşayış evi dağılıb, yüzlərlə ev qəzalı vəziyyətə düşüb.

 

Xatırladaq ki, sentyabrın 19-da Meksikada 7,1 bal gücündə zəlzələ baş verib.   Yeraltı təkanların episentri ölkənin cənubunda yerləşib. Təbii fəlakət nəticəsində 4 milyon insan elektrik enerjisiz qalıb, ölkədə yüzlərlə yaşayış evi qismən və yaxud tamamilə dağılıb.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR