Meksikanın Verakrus ştatında ağır yol qəzası baş verib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, dağ yolunda turist avtobusu üç yük maşını ilə toqquşub.
Qəza nəticəsində 50 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Yaralıların xəstəxanaya yerləşdirildiyi, onların həyatına təhlükə olmadığı bildirilir.
Qəzanın səbəbləri barədə məlumat verilmir.