Bank Of Baku

NASA-nın rəhbəri istefaya gedir

NASA-nın rəhbəri istefaya gedir
# 12 mart 2018 23:16 (UTC +04:00)

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) direktoru vəzifəsini icra edən Robert Laytfut aprelin 30-da istefaya gedəcək.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, R.Laytfut istefasının səbəbini açıqlamayıb.

 

2012-ci ildən Agentlik rəhbərinin köməkçisi olan R.Laytfut ötən ilin yanvarından NASA rəhbərinin səlahiyyətlərini icra edir.

 

2017-ci ilin sentyabrında prezident Tramp NASA direktoru vəzifəsinə ABŞ Konqresi Nümayəndələr Palatasının üzvü, sabiq hərbi pilot Cim Braydenstaynın namizədliyini sürsə də,  Senat indiyədək onun namizədliyini təsdiqləməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR