Bank Of Baku

NATO “Su-24”-lə bağlı insidentdən sonra Türkiyənin hava məkanının təhlükəsizliyini möhkəmləndirəcək

NATO “Su-24”-lə bağlı insidentdən sonra Türkiyənin hava məkanının təhlükəsizliyini möhkəmləndirəcək
# 02 dekabr 2015 01:08 (UTC +04:00)

Bakı-APA.  NATO-ya üzv olan dövlətlər Rusiyanın “Su-24” təyyarəsi ilə bağlı insidentdən sonra Türkiyənin hava məkanının təhlükəsizliyini möhkəmləndirilməsi üçün əlavə tədbirlərin görülməsinə dair qərar qəbul ediblər. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə The Wall Street Journal nəşri məlumat yayıb.

 

Məlumata görə, Türkiyədə yerləşdirilmiş “Patriot” zenit-raket komplekslərindən başqa Alyans Ankaraya əlavə müdafiə vasitələri təqdim edəcək.  

 

Nəşr qeyd edir ki, Rusiyanın “Su-24” təyyarəsi ilə bağlı insidentdən əvvəl ABŞ Türkiyəyə “F-15”  qırıcı təyyarəsinin göndərildiyini bildirib. Türkiyə ərazisində həmçinin Britaniya təyyarələri də yerləşdiriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR