Bank Of Baku

Nikaraquada göyərtəsində narkotik maddə olan təyyarə qəzaya uğrayıb

Nikaraquada göyərtəsində narkotik maddə olan təyyarə qəzaya uğrayıb
# 13 yanvar 2016 23:31 (UTC +04:00)

Bakı-APA. Nikaraquanın Tonala bölgəsində  göyərtəsində 90 kiloqrama yaxın kokain olan yüngül motorlu təyyarə qəzaya uğrayıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində ölən və yaralanan olmayıb.

 

Təyyarənin Kosta-Rikanın San-Xose şəhərindən havaya qalxdığı bəlli olub. Hadisə yerində çəkisi 90 kiloqrama yaxın 83 paket kokain aşkarlanıb.

 

İlkin məlumata əsasən, təyyarədə olan 2 nəfər hadisə yerindən qaçıblar. Hazırda onların tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR