Nyu-York ştatı qubernatorunun olduğu helikopter qəza enişi edib

Nyu-York ştatı qubernatorunun olduğu helikopter qəza enişi edib
# 11 yanvar 2017 23:32 (UTC +04:00)

Göyərtəsində Nyu-York ştatının qubernatoru Endryu Kuomo olduğu helikopter Oranj dairəsində qəza enişi edib.

APA-nın məlumatına görə, bu barədə “ABC” telekanalı xəbər verib.

İlkin məlumata əsasən, helikopterdə tüstülənmə baş verib. İnsident nəticəsində zərərçəkən olmayıb.

Hadisə E.Kuomo köməkçiləri ilə birgə Olbani şəhərindən qayıdarkən baş verib. Qubernator orada Nyu-York ştatı Qanunvericilik Assambleyasının üzvləri qarşısında çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR