Nyu-Yorkun Bronks rayonunda beşmərtəbəli yaşayış binasında güclü yanğın baş verib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 2 nəfər ölüb, 12 nəfər xəsarət alıb. Binanın birinci mərtəbəsində əmələ gələn yanğının səbəbləri barədə hələ ki, məlumat verilmir.
Yaralılar xəstəxanalara yerləşdirilib. Alovun söndürülməsi zamanı 3 yanğınsöndürən xəsarət alıb, onların həyatlarına təhlükə olmadığı bildirilir.